1.4 Sinapslar

Beynimizin düzgün işləməsi üçün neyronların bir-biri ilə əlaqə qurmasına ehtiyac var. Bu əlaqə sinapslar vasitəsilə baş verir. Bəs tam olaraq neyronları necə birləşdirirlər və ümumilikdə neçə növ sinaps var?
Sinaptik rabitənin iki əsas növü var: elektrik və kimyəvi sinapslar. Sinapslarda olan bağlantının çox hissəsi siqnalı göndərən neyronun aksonu (ən uzun hissəsi) ilə siqnalı alan neyronun soması arasında baş verir. Sinaptik boşluq olaraq bilinən neyronlar arasında həmişə kiçik bir boşluq var. Hər iki növ sinaps özünəməxsus xüsusiyyətləri olan neyronlar arasındakı əlaqələrdir.
Kimyəvi sinapslar: Kimyəvi sinapsda məlumat neyrotransmitterlər vasitəsilə ötürülür. Bu səbəbdən bu sinaps “kimyəvi sinaps” adlanır, çünki neyrotransmitterlər siqnalı göndərən kimyəvi maddələrdir. Əvvəlki yazımızda neyrotransmitterlər haqqında məlumatlar vardır. Bu sinapsların maraqlı bir xüsusiyyəti, onların asimmetrik olmasıdır. Bu, tam olaraq bir neyronla digər neyron arasında meydana gəlmədikləri anlamına gəlir. Eyni zamanda da bir yönümlüdürlər: siqnalı qəbul edən neyron olan postsinaptik neyron, siqnalı göndərən yəni, presinaptik neyrona məlumat göndərə bilməz. Kimyəvi sinapsların yüksək elastiklik kimi bəzi spesifik xüsusiyyətləri də vardır. Bu, daha aktiv olan sinapsların məlumatları daha asan ötürə bilməsi deməkdir. Bu elastiklik həmçinin sinapsların mühitindəki dəyişikliklərə uyğunlaşmasına da imkan verir. Bu sinaps tipinin üstünlüyü, impulsiv məlumat ötürülmə sürətini idarə edə bilməsidir. Bunu edə bilməsinin səbəbi, aşağıdakıların səviyyələrini tənzimləməsidir:

Şəkil 1. Kimyəvi sinaps
  1. Neyrotransmitterlər
  2. Neyronların sürətlənmə dərəcəsi.
  3. İmpulsun intensivliyi.

Neyronlar arasındakı kimyəvi əlaqə mübadilə olunan neyrotransmitterlər vasitəsilə baş verir. Ancaq elektrik sinapslarına keçmədən əvvəl kimyəvi sinaps meydana gəlməsini sürətləndirən proseslərə daha yaxından baxaq. Kimyəvi sinapsların əmələ gəlmə prosesləri:
• hər şeydən əvvəl, beyin neyrotransmitter sintez edir və veziküldə saxlayır.
• Sonra fəaliyyət potensialı presinaptik membranı doldurur.
• Daha sonra, presinaptik akson terminalının depolarizasiyası (bu haqda əvvəlki yazımızda məlumat vermişik) kalsium kanallarının açılmasına səbəb olur (nə qədər açıldıqları gərginliyə bağlıdır).
• Kalsium kanallardan girməyə başlayır. Gələn kalsium vezikulun presinaptik membranla birləşməsinə səbəb olur.
• Sonra vezikula neyrotransmitteri ekzositoz yolu ilə sinaptik boşluğa buraxır.
• Neyrotransmitter postsinaptik membrandakı reseptorlarla birləşir. Postinaptik potensiallar daha sonra açılır və ya bağlanır.
• Postinsaptik cərəyan daha sonra bir inhibitor və ya stimullaşdırıcı postsinaptik potensiala səbəb olur ki, bu da postsinaptik hüceyrənin həyəcan səviyyəsini dəyişdirir.
• Nəhayət, neyron plazmasındakı vezikulyar membran yenidən özünü söndürür.
Elektrik sinapsları : Elektrik sinapsları cərəyanlar vasitəsilə məlumat ötürür. Həm də bu sinaps növündə sinaptik gecikmə baş vermir. Bu sinaps növü kimyəvi sinapsın əksidir. Bu, elektrik sinapslarının simmetrik, iki istiqamətli və aşağı elastiklik qabiliyyəti olması deməkdir. Aşağı elastiklik xüsusiyyəti o deməkdir ki, məlumatları hər dəfə eyni şəkildə göndərir. Beləliklə, bir neyronda fəaliyyət potensialı aktivləşdikdə, növbəti neyron onu təqlid edir.

Şəkil 2. Elektrik sinapsı

Bu iki növ sinaps eyni zamanda mövcud ola bilərmi?
Artıq bilirik ki, əksər canlılarda və onların beyin quruluşlarında həm kimyəvi, həm də elektrik sinapslar mövcuddur. Bu mövzuda aparılan tədqiqatların çox hissəsi kimyəvi sinapsların necə işlədiyini araşdırmağa yönəlmişdir. Elektrik sinapsları haqqında çox az şey bilirik. Əslində, keçmişdə insanlar yalnız onurğasızların və soyuq anlı onurğalıların elektrik sinapslarına sahib olduğuna inanırdılar. Bu, məməlilərin beynində də bir çox elektrik sinapsının olduğu aşkar edildikdə dəyişdi. Mövcud tədqiqatlar göstərir ki, bu hər iki sinaps növü (kimyəvi və elektrik) daim birlikdə işləyir və ünsiyyət qurur. Həm də bəzən elektrik sinapslarının sürətini kimyəvi sinapsların elastikliyi ilə birləşir və eyni təsirə fərqli zamanlarda fərqli reaksiya verməyə və qərar verməyimizə kömək edir.

Yazar: Yusubova Şəbnəm

Bir şərh yazın