İlk olaraq qeyd etmək istəyirəm ki, təkamül daha geniş və olduqca böyük bir qavramdır. Hansı ki, təkamülün baş verməsi və onun mexanizması daha mürəkkəbdir. İnkişaf isə daha sadə mexanizmə malikdir. Belə ki, təkamülün baş verməsi üçün ən azı bir nəsil lazımdır. Lakin inkişaf tək bir canlı fərdin böyüməsi, çoxalması və.s kimi həyati proseslərin məcmusudur. Yəni təkamül zamanı əmələ gələn dəyişkənliklər nəsillər içərisində genlər vasitəsilə xüsusiyyətlərin dəyişməsidir, ancaq inkişaf isə bir fərdin ömrü boyu yaşadığı fizioloji dəyişkənliklərdir. Buna görədə təkmül və inkişaf anlayışları bir birindən qəti surətdə fərqlənir.
∆ Təkamüldən bəhs etmək üçün bir neçə əsas sturuktur anlayış vardır:
1. Populyasiya: təkamülün baş verməsi üçün tək bir varlıqdan deyil , bir birinə bənzəyən bir neçə varlıqların əmələ gətirdiyi populyasiyalar lazımdır. Çünki , yuxarıda qeyd etdiyimiz kimi tək bir fərdin ömürü boyu yaşadığı dəyişikliklər təkamül deyil, inkişafdır. Digər tərəfdən insan populyasiyalarının hər nəsildə saç rənginin və ya dəri rənginin dəyişilməsi, organların quruluşu və formasının, yeni nəsildə əmələ gələn dəyişilmələr bir sözlə insanların ortalama fizioloji xüsusiyyətlərinin (boy , dəri rəngi və bir sıra fizioloji dominant əlamətlər) hər nəsildə dəyişməsi , müəyyən xəstəliklərin hər yeni nəsildə görülmə faizi və.s təkamül hesab olunur. Buradan aydın olur ki, təkamülün baş verməsi üçün əsas şərtlərdən biri populyasiyanın olmasıdır.

2. Növ müxtəlifliyi: populyasiyadan əlavə, bu populyasiyanı əmələ gətirən fərdlər bir birinin kopyası olmamalıdır. Və təbii ki, bu belədə olmur. Çünki bir populyasiya daxilində bütün fərdlər bir birinin kopyası olarsa (ki, bu heç zaman belə ola bilməz ,mütləq ki onlar ən kiçik xüsusiyyət belə olsa bir birindən fərqlənəcəklər) bu zaman popukyasiyanın hər bir xüsusiyyətinin ortalaması hər bir fərddə eyni olacaq. Belə olan halda növ nüxtəlifliyi əmələ gəlməz və biz burada təkamüldən söz edə bilmərik. Bunula yanaşı həmçinin təkamülün baş verməsi üçün dəyişkənliklərin digər nəsillərədə ötürlməsi qabiliyyəti də olmalıdır ki, növ müxtəlifliyi əmələ gəlsin.

3. Seçmə: seçmə populyasiya içindəki fərdlərin qalıcı xüsusiyyətlərinin uyğunlaşma bacarığı qavramına bağlı bir anlayışdır. Bioloji təkamüldə seçmə, yaşamaq uğrunda mübarizə ( təbii seçmə) və çoxalma qabiliyyəti ( cinsi seçmə) üzərindən izah olunur. Yəni canlının təkamülü mütləq yaşamaq uğrunda mübarizə və cinsi qabiliyyətin təsiri ilə baş verir.

Yusubova Şəbnəm