Təkamül bir təbiət hadisəsi və ya qanunudur. Biz bunu qəbul etsəkdə etməsəkdə təkamül var , işləyir, təbiətin canlıların və yaşamın dəyişməsində iştirak edir. Yəni yer üzündə yaşam müddəti davam etdikcə, canlı populyasiyaların nəsillər içərisində gen və dəyişkənliklərin paylanması məcburidir. Bunada təkamül deyilir. Və bu sahəni öyrənən təkamül biologiyası təkamülün necə ,hansı yollarla, hansı şəraitdə , canlıların gen və xüsusiyyət dəyişkənliyinin hansı səbəblərdən əmələ gəlməsini öyrənir. Və bu sahə yəni təkamül biologiyası müxtəlif nəzəriyyələri özündə birləşdirir. Məsələn , nukleotidlər üzərində mutasiyaların paylanmasını öyrənən nəzəriyyə neytral təkamül nəzəriyyəsidir. Təkamülün ekoloji əlaqəsini öyrənən nəzəriyyə seçmə nəzəriyyəsidir. Hansı ki, bu nəzəriyyə altında bir neçə teoriya öyrənilir: hansı nəsillərin gələcəy nəsilləri əmələ gətirəcəyini araşdıran teoriya təbii seçmə teoriyası, cinsi seçmə və.s hətta cinsi seçmə özüdə bir neçə alt- teoriyadan ibarətdir: qızıl kraliça teoriyası, itmiş xüsusiyyətin seçilməsi teoriyası və.s Beləliklə, bu teoriyaların hər biri fərqli təbiət qanunlarını araşdırır və birlikdə bu qanunları açıqlayır. Məsələn, təbii seçmə və cinsi seçmə əsasən bir birini tarazlaşdırıcı qüvvələr vasitəsilə işlədiyini bilirik. Bütün bu teoriyalar özlərini təbiətdə doğruldur, gücləndirir və inkişaf etdirir. Bunlar hipotezlər vasitəsilə açıqlanır. Yəni hipotezlər test olunur, doğrulanır və yaxud da yanlışlanır. Bu zaman yanlış teoriyalar tərk edilir , doğru teoriyalar isə bir neçə dəfə daha yoxlanılır , araşdırılır və doğruluğu gücləndirilir. Beləliklə , uzun sözün qısası , teoriyalar qanunları açıqlayır, izah edir və doğruluğunu gücləndirir.
Yusubova Şəbnəm
