1. Bölüm – Təkamülə giriş, təkamül nədir?

Qısa desək, təkamül populyasiya içində gen və xüsusiyyətlərin paylanmasının nəsillər içərisində dəyişməsidir. Buna görədə təkamülün əsas anlaşları:

Populyasiya: təkamül zamanı dəyişkənliyə uğrayan cins deyil ,populyasiyalardır. yəni tək bir cins tutaq ki pişik təkamül edə bilməz çünki bunun üçün uzun bir müddət lazımdır. Buna görədə təkamül ancaq bir növün cinslərinin əmələ gətirdiyi populyasiyalarda bir nəsilin əvvəlki nəsillərə nisbətən fərqli dəyişikliklərin ortaya çıxmasıdır.

Nəsillər içərisindəki dəyişkənlik: təkamüldən danışmaq üçün ən az bir nəsil keçməlidir. Yəni bir növün öz ömrü boyu keçirdiyi dəyişkənliklər təkamül deyil, inkişafdır. Bununla yanaşı təkamül anlayışını daha dəqiq qavramaq üçün bir neçə ünsür vardır.

Gen və dəyişkənliklərin paylanması: təkamüldə bir növ mütləq başqa bir növə çevrilmir. Yəni təkamül zamanı dəyişən populyasiyadaki genlərin paylanmasıdır. Məsələn , uzunboyluluq bir nəsildən digərinə keçərkən 5 %dən 7%dək dəyişirsə bu təkamül sayılır. Növəmələgəlmə təkamülün qaçınılmaz nəticəsidir. Lakin təkmül sadəcə növəmələgəlmə ilə baş verməyədə bilər. Bununla yanaşı təkamülü daha dəqiq qavramaq üçün bir neçə anlayış vardır:

Canlılıq: təkamülün getməsi üçün canlılıq əsas faktor deyil. Belə ki cansız bioloji varlıqlarda təkamül edə bilər. Məsələn , viruslar canlı deyil lakin təkamül edə bilirlər. Bununla belə bildiyimiz kimi həmçinin texnoloji geoloji kimyəvi və astrolojik təkamüldə mövcuddur. Buda o deməkdir təkamülüň baş verməsi üçün canlılıq xüsusiyyəti vacib ünsür deyil

Növəmələgəlmə və Makrotəkamül: bəzən təkamülü bir növün digər növə çevrilməsilə izah edirlər. Lakin bu yanlış fikirdir. Növün əmələgəlməsi təkamülün nəticəsidir. Yəni populyasiya daxili gen və xüsusiyyətlərin paylanmasının nəsillər içərisində dəyişməsi və uzun müddət ərzində fərqli mühit şərtləri altında yığılaraq növü əmələ gətirir. Mikrotəkamül müəyyən vaxt ərzində makrotəkamülü əmələ gətirir. Təkamül əsasən qısa müddət ərzində genotipik dəyişkənliyə uzun müddət ərzində isə bu genotipik dəyişkənliklər isə fenotipik dəyişkənliyə çevrilir.

Fosil qalıqlar və keçid növlər: təkamülün isbatı genlər üzərindən olunur, fosil qalıqları və keçid növlərin olması ilə deyil. Düzdür fosillər və keçid növlər makrotəkamülü mübahisəsiz isbatına sübutdur. Ancaq təkamülün olduğunu sadəcə genetik informasiyalardan riyazi təkamül sahəsindən yola çıxaraqda isbatlaya bilərik.

Yusubova Şəbnəm

Mənbə: evrimağacı.org

Bir şərh yazın